Rusiyanın bir hissəsi olan Çuvaş Respublikası 5 may gecəsi hücuma məruz qalıb.
Exilenova+ monitorinq kanalının məlumatına görə, zərbənin “Flamingo” raketləri ilə həyata keçirildiyi ehtimal olunur. OSINT kanalının “Dnipro Osint ⟨ Garbuz ⟩” məlumatına görə, Çeboksarıdakı VNIIR-Progress zavoduna “Flamingo” raketi düşb. Şirkət Rusiya PUA-ları və raketləri üçün sıxışmaya davamlı “Kometa” naviqasiya modulları istehsal edir.
Artıq 2025 və 2026-cı illərdə dəfələrlə hücuma məruz qalıb.
Xatırladaq ki, Ukrayna sərhədindən Çeboksarıya qədər olan məsafə təxminən 1000 kilometrdir.
//Samir Qurbanov, Editor.az

