Təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələrlə tanınan “EduTime” Təhsil və İnkişaf Mərkəzi xaricdə təhsil almaq istəyən gənclər üçün yeni imkan təqdim edir.
Mərkəz Özbəkistan universitetlərində müxtəlif ixtisaslar üzrə qəbul prosesinə start verib.
Mərkəzin dəstəyi ilə tələbələr süni intellekt, informasiya texnologiyaları, mühəndislik, tibb, memarlıq, iqtisadiyyat və digər perspektivli sahələr üzrə Özbəkistanın müxtəlif univeristətlerindən təhsil ala bilərlər.
“EduTime” tərəfindən təqdim olunan proqram münasib təhsil haqları, rahat qəbul prosesi və tələbələrə göstərilən tam dəstək ilə diqqət çəkir.
Mərkəzdən bildirilib ki, Özbəkistanda təhsil almaq tələbələrə həm təhlükəsiz və mehriban şəhər mühitində yaşamaq, həm də Azərbaycan mədəniyyətinə çox yaxın olan bir ölkədə təhsil almaq imkanı yaradır. Orta Asiyanın ən sürətlə inkişaf edən ölkələrindən biri hesab olunan Özbəkistanda son illər universitetlərin beynəlxalq əlaqələri və təhsil infrastrukturu da ciddi şəkildə yenilənir.
Xüsusilə dövlət universitetlərində təhsil haqlarının kifayət qədər aşağı olması Azərbaycanlı tələbələr üçün əlavə üstünlük hesab edilir. Eyni zamanda yaşayış və gündəlik xərclərin Türkiyə və bir sıra Avropa ölkələri ilə müqayisədə daha sərfəli olması tələbələrin bu istiqamətə marağını artırır.
Qeyd olunur ki, bir çox universitetlərdə rus, ingilis bölmələrinin mövcudluğu tələbələr üçün əlavə seçim imkanları yaradır.
Diplomların müxtəlif ölkələrdə tanınması imkanları, eləcə də tələbələrin gələcəkdə magistratura və beynəlxalq proqramlara çıxış şansının artması Özbəkistanda təhsili daha cəlbedici edən əsas amillərdən hesab olunur.
“EduTime” nümayəndələrinin sözlərinə görə, məqsəd gənclərin keyfiyyətli ali təhsil almasına dəstək olmaq və onların gələcək karyera imkanlarını genişləndirməkdir. Mərkəz tələbələrə universitet seçimi, sənədləşmə və qəbul mərhələsində peşəkar konsultasiya xidməti də göstərir.
Ətraflı məlumat almaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
📞 +994 55 559 67 17

