Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış törədib. Nəticədə o, hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.

