Co Bayden Britaniya kralı III Çarlzın dəvətini rədd etdibackend

Co Bayden Britaniya kralı III Çarlzın dəvətini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Britaniya kralı III Çarlzın mayın 6-na planlaşdırılan tacqoyma mərasiminə getməyəcək.

Editor.az xəbər verir ki, bununlu bağlı mənbələr The Telegraph-a bildiriblər. Bayden bunu səhətindəki problemlərlə bağlı əlaqələndirib. Əvəzinə onun həyat yoldaşı Böyük Britaniyaya gedə bilər.

Mənbənin məlumatına görə, xarici səyahətlər Amerika prezidentindən “kifayət qədər çox enerji alır”. “Onlar əsas şərtlərə sadiq qalmağa çalışırlar və qısa müddət ərzində ikinci dəfə Atlantik okeanını keçmək barədə iki dəfə düşünə bilərlər”, – mənbə bildirir. Qeyd edək ki, Co Bayden aprelin 11-də Belfasta gələcək. O, Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Ehtimal olunur ki, III Çarlzla da görüşəcək. Bundan sonra irland kökənli cənab Bayden aprelin ortalarına qədər Dublində səfərdə olacaq.

  //Samir Qurbanov,Editor.az