Dəyişikliklər tarixlərdə yox dərsliklərdə olmalıdırbackend

Dəyişikliklər tarixlərdə yox dərsliklərdə olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil naziri Emin Əmrullayev ötən gün keçirilən brifinqdə tədris ilinin sentyabrın 1-dən başlamasını  təklif edib. Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olar. Tədris ilinin dəyişdirilməsi məsələsi sosial şəbəkələrdə və ictimaiyyətdə də geniş müzakirələrə səbəb olub.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, tədrisi ili 1 sentyabrda başlanıb, 30 iyunda başa çatmalıdır:

“8 həftəlik istirahət dövrü kifayətdir. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində 3-4 bəzən də 7-8 həftəlik tətil dönəmi var”.

Təhsil eksperti Adil Vəliyev isə dərslərin sentyabrın 1 və ya 15-i başlamasının əhəmiyyəti olmadığını düşünür:

” Belə ki, əsas məsələ məktəblərdə tədris olunan dərsliklərdəki problemlərin aradan qaldırılması və yenilərinin hazırlanmasına diqqət edilməlidir. Dərsliklər məktəblilərin anlayacağı dildə yazılmalıdır. Müşahidələrimizə əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan dərsliklər tədris prosesində demək olar ki, yararsızdır. Ona görə də müəllimlər məcbur olub həmin kitabların əvəzinə başqa nəşriyyatların kitablarından şagirdlərə dərs keçirlər. Məncə əsas məsələ budur. Tədris ilinin sentyabrın 15-i başlasa belə may ayının sonundan sonra demək olar ki, heç bir məktəbli dərslərdə iştirak etmir. Çünki ayın 14-nə qədər havalar çox isti olur. Tədrisin sentyabrın 1 və ya 15-inin başlamasının heç bir əhəmiyyəti yoxdur, çünki tədris prosesindəki problemlərin aradan qalxması bununla əlaqədar deyil. Əsas diqqət tədris proqramına və dərsliklərə yönəlməlidir. Dəyişikliklər tarixlərdə yox dərsliklərdə olmalıdır ki, uğurlu nəticələr əldə edə bilək”.

//Gülnarə Abasova, Editor.az