Ötən gecə rus işğalçıları kamikadze pilotsuz uçan aparatlardan istifadə edərək Ukrayna şəhərlərinə növbəti zərbələr endiriblər.
Kiyev səmasında 12 PUA aşkar edilərək məhv edilib. Onlardan birinin qalıqları paytaxtın Svyatoşinski rayonunda qeyri-yaşayış binasına ziyan vurub.
Editor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, 3 mərtəbəli inzibati binada 200 kv.m sahədə tikili konstruksiyaları dağılıb. Həmçinin 70 kv.m olan sahədə yanğın baş verib və yanğınsöndürənlər tərəfindən qısa müddətdə aradan qaldırılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 9 ədəd əsas və xüsusi yanğın-xilasetmə texnikası, o cümlədən 50 nəfər canlı qüvvəsi işləyib.
//Samir Qurbanov,Editor.az