Dünyada bir ilk: İynəsiz korona peyvəndi təsdiqləndibackend

Dünyada bir ilk: İynəsiz korona peyvəndi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin son aylarından sürətlə yayılan koronavirus bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, bir çox ölkələr daha yoluxucu, lakin daha az ölümcül olan Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də virus BA.4 və BA.5 alt variantları ilə bir daha özünü xatırlatdı. Çünki pandemiyanın başlamasından təxminən iki il yarım sonra biz indiyədək olan ən yoluxucu variantla qarşılaşırıq.
BionTek və Pfizer-in Omicron-un BA.4 və BA.5 variantlarına uyğunlaşdırılmış COVİD-19 peyvəndlənməsi davam edərkən Çindən maraqlı bir xəbər gəlib. Çin, iynəsiz və burundan nəfəs alaraq istifadə edilən peyvəndin alternativi ola biləcək COVİD-19 peyvəndini təsdiqlədiyini açıqlayıb.

//Safura Bənnayeva, Editor.az