Dünyanın ən yaxşı hava limanları açıqlandıbackend

Dünyanın ən yaxşı hava limanları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aviasiya xidmətlərinin keyfiyyətini öyrənən Britaniyanın “Skytrax” şirkəti 2023-cü il üzrə dünyanın ən yaxşı hava limanlarının illik reytinqini dərc edib.

Editor.az xəbər verir ki, son reytinqə əsasən, ötən il 3-cü olan Sinqapurun “Çanqi” hava limanı bu il yenidən birinci yerə qayıdıb. Ümumilikdə Sinqapur Hava Limanı 12 dəfə bu reytinqdə birinci yeri tutub. Reytinq sərnişinlərin rəylərinə əsaslanır. Beləliklə, 2023-cü il üçün dünyanın ən yaxşı 10 hava limanı bunlar olub: 1. Sinqapur “Changi” Hava Limanı (Sinqapur). 2. “Hamad” Beynəlxalq Hava Limanı (Doha, Qətər). 3. Tokio Beynəlxalq Hava Limanı (Haneda) (Yaponiya). 4. “İnçon” Beynəlxalq Hava Limanı (Cənubi Koreya). 5. Paris Şarl de Qoll hava limanı (Fransa). 6. İstanbul Hava Limanı (Türkiyə). 7. Münhen hava limanı (Almaniya). 8. Sürix hava limanı (İsveçrə). 9. Narita Beynəlxalq Hava Limanı (Yaponiya). 10. Madrid “Barajas” Hava Limanı (İspaniya).

  //Samir Qurbanov,Editor.az