Durmadan artan GƏRGİNLİK, yeni QARŞIDURMALAR:   “Üçüncü Dünya müharibəsi qapıdadır” – Fikrət Sadıqovla MÜSAHİBƏbackend

Durmadan artan GƏRGİNLİK, yeni QARŞIDURMALAR:   “Üçüncü Dünya müharibəsi qapıdadır” – Fikrət Sadıqovla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Fikrət Sadıxovla müsahibəsini təqdim edir:

-Fikrət müəllim, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusu siyasi təzyiq altındadır. Müharibənin ildönümündə Baxmutun nəzarətə götürülməsi barədə həqiqəti əks etdirməyən məlumatın yayılması gözlənilir. Sizcə müharibənin  ildönümü ərəfəsində üstünlük kimdədir?

-Britaniya kəşfiyyatının bir çox proqnozlar və təhlilləri özünü doğruldur. Rusiya Ukraynada artıq məğlubiyyətlə üz-üzədir. Rəsmi Kremlin itkiləri 200 mini keçib. Bu o deməkdir ki, onlar hələ ki, öz strateji hədəflərinə nail ola bilmir. Rusiya məqsədinə çata biləcəkmi? Bu sual altındadır. Bunu indiki vəziyyətdə dəqiqliyi ilə demək olmaz.  Ancaq digər həqiqətdə ondan ibarətdir ki, 145 milyon əhalisi olan ölkə 40 milyonluq  əhali qarşısında acizdir. Böyük çaplı silahlar, nüvə silahlarına malik olan Rusiya Ukraynanı tam işğal edə bilmir. Ayrı-ayrı kəndləri, şəhərləri işğal etməsi Rusiyanin Ukrayna üzərində qələbə çalacağından xəbər vermir.

-Proseslərin gedişatı hələ də müharibənin davam edəcəyini göstərir, ya necə?

-Rusiya başa düşür ki, onun Ukraynanı işğal etmək planı puça çıxıb. Bu da onun həm daxili məsələlərində, həm də dünya miqyasında reytinqinə zərbə vuracaq. Rəsmi Moskva hələ uzun müddət  bu müharibəni aparacaq.

-Digər tərəfdən belə bir şəraitdə Çin-Rusiya yaxınlaşması son günlər xüsusi olaraq diqqət çəkir. ABŞ isə bundan xeyli narahat görünür. Bu məsələni necə şərh edərdiniz?

-Rusiya-Çin münasibətləri normal müstəvidə davam edir. Çin xarici siyasətində hər zaman antiQərb mövqeyi tutsa da açıq şəkildə Qərblə hərbi qarşıdurma aparmaq fikrində deyil. Rusiyanı dəstəkləsə də bəzi məqamlarda neytral mövqedə qalır. Bu proses Çinin uzun illər ərzində həyata keçirdiyi xarici siyasət prioritetlərindən xəbər verir. Ancaq  dünyada gərginlik doğurdan da getdikcə artır.

– Gərginlik artır deyirsiniz. Üçüncü Dünya Müharibəsi ola bilərmi? Olacaqsa ən başlıca səbəblər nədən qaynaqlanır?

– Bəli, Üçüncü Dünya Müharibəsinin elementləri elə indidən görünür. Əgər dünya meydanında beynəlxalq münasibətlər sistemində iri oyunçular arasında faktiki olaraq müharibə başlayıbsa bu elə fəlakətdən xəbər verir. Artıq ABŞ, Avropa və Rusiya arasında hərbi qarşıdurma gedir. Rusiya Prezidenti Vladimir Putin öz çıxışında bəyan edib ki, strateji nüvə silahı müqaviləsində iştirakını dayandırır. Bu, o deməkdir ki qarşıdurma bundan sonra gərginləşə bilər. Bu da Rusiyanın elit təbəqəsində ayrıca narahatçılıq doğurur.

//Gülnarə Abasova, Editor.az