Əfqanıstanda son bir həftədə daşqınlar nəticəsində azı 90 nəfər ölübbackend

Əfqanıstanda son bir həftədə daşqınlar nəticəsində azı 90 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şərq əyalətlərində daşqınlar nəticəsində son bir həftədə ən azı 90 nəfər həyatını itirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Dövlət Nazirliyinin sözçüsü Məhəmməd Nesim Hakkani mətbuata verdiyi açıqlamada Əfqanıstanın şərqində son bir həftədə 6 əyalətdə şiddətli daşqınların baş verdiyini bildirib. Nangerhar, Paktiya, Host, Logar, Meydan Wardak və Pervan vilayətlərində yağan yağışlarda ölənlərin olduğunu bildirən Hakkani baş verən daşqınlar nəticəsində ən az 90 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın isə yaralandığını qeyd edib.

Nazirliyin məlumatına görə, son 4 ayda ölkə daxilində yaşanan daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirib. Əfqanıstan Meteorologiya İdarəsi xüsusilə şərq əyalətləri üçün tez-tez yağış və daşqın xəbərdarlığı edir.

//Gülnarə Abasova, Editor.az