Entoni Blinken və Sergey Lavrov “G20” sammitində görüşdülərbackend

Entoni Blinken və Sergey Lavrov “G20” sammitində görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 qısamüddətli söhbət ediblər.

Editor.az “The Washington Post”a istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra onların ilk şəxsi görüşü olub. Dövlət Departamentinin yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, söhbət 10 dəqiqədən də az davam edib.

Blinken Lavrova bildirib ki, Vaşinqton Ukraynadakı müharibənin ölkənin ərazi bütövlüyünü qorumaqla sülh yolu ilə həllini dəstəkləyir. O vurğulayıb ki, Ukrayna və ABŞ bu müharibənin deyilən əsasda bitməsini istəyirlər… Yeganə çatışmayan Moskvanın qətiyyətidir”, – deyə Blinken Lavrovun cavabını müzakirə etməkdən imtina edib. Blinken qeyd edib ki, “Vaşinqton Rusiyanın müharibə ilə bağlı mövqeyinin dəyişməsinə dair heç bir sübut görmür.

Biz həmişə ümid edirik ki, ruslar öz qərarlarından dönəcək və diplomatik prosesə hazır olacaqlar. Deməzdim ki, bu görüşdən sonra yaxın gələcəkdə nələrinsə dəyişəcəyi ilə bağlı hər hansı gözləntilər var idi”, – deyə o əlavə edib. Söhbət zamanı Blinken Lavrovu ABŞ-ın Ukraynaya dəstəyinin azalmayacağına inandırmağa çalışaraq, lazım olan müddətdə Ukraynaya hərbi və iqtisadi yardım göstərəcəklərini təkrarlayıb.

Dövlət katibi həmçinin Rusiyanı “Yeni START” Müqaviləsi çərçivəsində əməkdaşlığı dayandırmaq qərarından dönməyə və ABŞ vətəndaşı Pol Uilanı azad etmək təklifini qəbul etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az