Ərdoğan Zaporojye üçün vasitəçilik təklif etdibackend

Ərdoğan Zaporojye üçün vasitəçilik təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Rusiyanın əlində olan Zaporojye AES ətrafında münaqişələrin dayandırılması üçün vasitəçilik təklif etdiyi bildirilib.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyənin atom elektrik stansiyası ilə bağlı taxıl dəhlizi razılaşmasına bənzər rol oynaya biləcəyini qeyd edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye zavodunu şəbəkəyə birləşdirən əsas elektrik ötürücü xəttinin sıradan çıxdığını elan etməsindən dərhal sonra təklif verilib. Agentlik elektrik enerjisinin ehtiyat xətlə aparıldığını bildirib. Ukrayna tərəfi daha əvvəl Rusiyanın bombardmanı səbəbindən şəbəkə bağlantısının və enerji axınının qısa müddətə kəsildiyi barədə məlumat verib.

//Safura Bənnayeva, Editor.az