Ermənistanın yeni planı: İran vasitəçilik edəcək?-Deputatdan AÇIQLAMAbackend

Ermənistanın yeni planı: İran vasitəçilik edəcək?-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Laçın yolunun “blokadası” adı altında bölgədəki real vəziyyətin mənzərəsini dəyişməyə çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan bununla  beynəlxalq ictimaiyyətə növbəti yalanlarını çatdırmağa cəhd edir:

“Məsələni BMT Təhlükəsizlik Şurası səviyyəsinə qədər qaldırmışdılar. Bununla bağlı müvafiq beynəlxalq məhkəmələrə də müraciət ediblər. Lakin son zamanlar Ermənistanın bu prosesə öz ənənəvi dostu olan İranı da cəlb etmək istədiyini görürük. Cenevrədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə görüşündə də bu məsələni dilə gətirib İranın dəstəyinə nail olmağa çalışıb.  Guya ki, biz Qarabağı “blokadaya” almışıq, orada humanitar fəlakət yaranıb və digər yalançı tezislərlə çıxış edirlər”.

Deputat qeyd edir ki, oxşar addımı Fransa üçün də reallaşdırmaq istəmişdilər:

” Keçən il oktyabrın 6-da Praqa danışıqlarında Fransa prezidenti Emmanuel Makronun iştirakını təmin etdilər. Bunun ardınca Fransa prezidenti televiziya kanallarına verdiyi müsahibəsində birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə etmiş və Azərbaycanı işğalçılıqda günahlandırmışdı. Bununla da Fransa modeli gündəmdən çıxdı. Azərbaycan prezidenti də qəti mövqeyini ortaya qoydu ki, rəsmi Parisin iştirak etdiyi Brüssel görüşlərinə qatılmayacaq. Ermənistan isə manevrlər edir. Yeni müttəfiqlər axtarışındadır ki, onun əli ilə öz xəbis niyyətlərini həyata keçirsin. Buna görə İran üzərində dayanması da təsadüfi deyil. Rəsmi Tehran İrəvanla bağlı fikirlərində “qırmızı xətt” ifadəsindən istifadə edib. Açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Lakin Ermənistanın İranı prosesə cəlb etmək istəyi nəticə verməyəcək. Prezident İlham Əliyev Münxen Konfransında çıxışı zamanı da qeyd etdi ki, Brüssel formatında ABŞ və Rusiyanın prosesdə iştirak etmək imkanı var. Burada İranın fəaliyyəti ilə bağlı nə hansısa gözlənti, nə də niyyət var.Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş və Türkiyə prezidenti tərəfindən də müdafiə edilən “3+3” formatında isə cəmi bir görüş keçirildi. Burada isə Gürcüstan iştirak etmədi. Faktiki olaraq bu görüş istiqamətində də real addımlar atılmayıb. Brüssel, Moskva formatı isə əsaslıdır. Ona görə də bu məsələdə İrana yer yoxdur. Çünki o konkret tərəf tutur.  Vasitəçi tərəf isə bitərəf olmalı, beynəlxalq hüququn qaydalarına riayət etməlidir”.

//Safura Bənnayeva, Editor.az