Eurostat: 2022-ci ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi son səkkiz ildə maksimuma çatıbbackend

Eurostat: 2022-ci ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi son səkkiz ildə maksimuma çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Avropa Birliyi arasında ticarət həcmi keçən il səkkiz ilin ən yüksək səviyyəsinə çatıb.

Editor.az bu barədə “Eurostat”a istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə Rusiyadan Avropa İttifaqına mal idxalı dörddə bir artaraq 203,4 milyard avroya çatıb ki, bu da 2012-ci ildə qeydə alınan tarixi maksimumdan (203,6 milyard avro) cəmi 230 milyon avro azdır. Eyni zamanda, Avropa İttifaqından Rusiyaya ixrac 38,1% azalaraq 258,6 milyard avro təşkil edib ki, bu da 2005-ci ildən bəri ən aşağı həddi 55,2 milyard təşkil edib.

Bundan əlavə, Aİ-nin Rusiya ilə ticarət kəsiri ilin sonunda əvvəlki ilin göstəricisini iki dəfə artıraraq 148,2 milyard avroya çatıb.

//Gülnarə Abasova, Editor.az