Fərarilərə çağırış vərəqələri sərhəddəcə təqdim edilirbackend

Fərarilərə çağırış vərəqələri sərhəddəcə təqdim edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi xidmətə çağırılan və Rusiya Federasiyasını tərk etmək istəyən ruslar Gürcüstanla sərhəddə çağırış vərəqələri alırlar.

Editor.az bildirir ki, bu barədə Şimali Osetiya rəhbəri və hökumətinin mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, Hərbi Komissarlığın səfərbərlik məntəqəsi Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsində yerləşdirilib. Burada hərbi komissarlığın və icra hakimiyyətinin nümayəndələrindən ibarət əməliyyat qrupu fəaliyyət göstərir.

“Onların əllərində qismən səfərbərliyə cəlb olunan şəxslərin siyahıları var və ölkəni tərk edənlər bu siyahılarla yoxlanılır. Söhbət Şimali Osetiya sakinlərindən gedir, əgər kimsə ölkədən getməyə cəhd edərsə, bu siyahı ilə yoxlanılır və ona çağırış vərəqəsi təqdim olunur”, – mənbə bildirib. Çağırış vərəqələrinin hələlik yalnız Şimali Osetiya sakinlərinə veriləcəyi dəqiqləşdirilir.

  //Samir,Editor.az