FHN-nin intim videoları yayılan qadın əməkdaşlarından xəbər varbackend

FHN-nin intim videoları yayılan qadın əməkdaşlarından xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqaladə Hallar Nazirliyinin intim görüntüləri yayılan qadın əməkdaşlarından yeni xəbər var.

Qadınlardan biri intihara cəhd edib. Bu barədə məlumatı redaktor.az saytı yayıb.

İddialara görə, intim videolarda görüntülənən uniformadakı qadınlardan biri, Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi polkovnik  Zaur Mirzəyevə kabinetdə çılpaq şəkillər çəkib yollayan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kadrlar şöbəsinin Aytəkin adlı inspektoru yuyucu vasitə olan “Domestos” içərək intihar etmək istəyib. Qadın sağ qalsa da, səs telləri və mədəsi yanıb. Hazırda müalicə olunur.

Məlumatda həmçinin o da vurğulanır ki, intim videolardakı digər uniformalı qadın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məxfi şöbəsinin rəisi, mayor Aytən Nəsirovanın həyat yoldaşı və qardaşı da həmin idarədə işləyirmiş. Onların ikisi də biabırçı hadisədən sonra ərizə yazıb işdən çıxıb. A.Nəsirovanın uzun ildən sonra dünyaya gətidiyi yeganə azyaşlı qızının yoldaşı tərəfindən ondan alındığı deyilir.