Fransalı siyasətçi: “Putin Ukrayna məsələsinin çox keçmişə dayandığını açıqladı”backend

Fransalı siyasətçi: “Putin Ukrayna məsələsinin çox keçmişə dayandığını açıqladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xalq Cümhuriyyəti Partiyasının lideri Fransua Asselineau bugünkü çıxışında Rusiya prezidenti Vladimir Putinin tarixə etdiyi istinadlardan onu ən çox təəccübləndirən məsələni dilə gətirib.O, bildirib ki, Qərb və eyni zamanda, onlar, fransızlar elə davranırlar ki, sanki Ukrayna hadisələri 2022-ci il fevralın 24-də başlayıb, sanki əvvəllər heç nə olmayıb.

Editor.az xəbər verir ki, fransız siyasətçi Rusiyanın Ukraynaya hücum etmək qərarının qəfildən olmadığını diqqətə çəkib.

“Putin özü açıqladı ki, bu məsələ çox keçmişə dayanır və bu hadisələrə tarixi prizmadan baxmasaq, başa düşə bilmərik. Diqqət etsəniz görəcəksiz ki, münaqişə Rusiyanın bir sıra ölkələrlə yaxınlaşmasına səbəb olub. NATO öz məqsədlərinə çata bilməsə, bu münaqişənin nəticəsi olaraq Rusiya, Çin, Hindistan və Cənubi Afrika arasında böyük yaxınlaşma olacaq”.- deyə o, bildirib.

Asselineau onu da qeyd edib ki, Putinin çıxışında diqqətə çəkdiyi məsələlərdən biri də Vaşinqtonun qorxduğu şeyin dolların mövqeyinin şübhə altına alınmasıdır:

“Bu münaqişə Rusiya üçün ekzistensial məsələdir. Halbuki bu, ABŞ və Qərbi Avropa üçün tamamilə fərqli bir məsələdir”.

//Gülnarə Abasova, Editor.az