Göygöldə “Azərsu” ASC-nin əməkdaşı iş başında ölübbackend

Göygöldə “Azərsu” ASC-nin əməkdaşı iş başında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə 39 yaşlı kişi ürəktutmasında vəfat edib.

APA-nın yerli bürsonun məlumatına görə, hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb.

Qurumun əməkdaşı 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pişləşib yıxılıb.

Dərhal təcili yardım çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən edib.

Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.