“Güclü siyasi mövqeyi olmayan ölkənin Ermənistan-Azərbaycan münasibətlərinə vasitəçiliyi mümkün deyil”-ŞƏRHbackend

“Güclü siyasi mövqeyi olmayan ölkənin Ermənistan-Azərbaycan münasibətlərinə vasitəçiliyi mümkün deyil”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri başa çatıb. Ardınca İrəvana səfər edən Sisin Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazır olduqlarını qeyd edib. Bir neçə xarici ekspert bu səfərləri qiymətləndirərkən Türkiyə faktoruna da diqqət çəkiblər.

Bəs, ərəb dünyasının ən zəngin ölkəsi olan Misirin Ermənistan-Azərbaycan münasibətlərində vasitəçilik missiyasına marağı nədən qaynaqlanır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Misir prezidentinin Cənubi Qafqaz regionuna səfəri əsasən özünün iqtisadi maraqlarından irəli gəlir:

“Misir həm Azərbaycan, həm də Ermənistanla iqtisadi əlaqələrin qurulmasında, turizm sektorunun inkişafında, eyni zamanda, Azərbaycanın  investisiya yatırılmasında maraqlıdır. Bu coğrafiyadan kənar, hər hansı beynəlxalq müstəvidə güclü siyasi mövqeyi olmayan bir ölkənin Ermənistan və Azərbaycan arasında vasitəçiliyi mümkün görünmür. Misir o potensialda ölkə deyil ki, tərəflər arasında vasitəçilik etsin. Sadəcə Misirlə Azərbaycan arasında həm Qoşulmama hərəkatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Ərəb Liqası formatında ikitərəfli əlaqələr mövcuddur. Bunu daha da yüksək səviyyədə inkişaf etdirmək olar. Həmçinin Misirlə ölkəmiz arasında iqtisadi, hərbi-texniki əməkdaşlıq edilməsi mümkündür. Ancaq vasitəçilik missiyasını yerinə yetirməyə rəsmi Qahirənin siyasi çəkisi imkan vermir”.
 
//Safura Bənnayeva, Editor.az