Hansı universitetimiz pandemiya sınağından üzüağ çıxdı?-SORĞUbackend

Hansı universitetimiz pandemiya sınağından üzüağ çıxdı?-SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəlli olduğu kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox zərər çəkən sahələr sırasında təhsil sektoru ilk pillərdə gəlir. Virusun sürətlə yayılmasından və insanlar üçün ciddi təhdid yaratmasından sonra orta və ali təhsil müəssisələrində üzbəüz təhsilə ara verildi, onlayn dərslərin keçirilməsinə başlanıldı. İlk baxışdan mütərəqqi yenilik kimi görünən distant təhsil özü ilə bərabər bir sıra ciddi problemlər gətirdi.
Bugün də davam edən mövcud vəziyyət distant təhsilin keyfiyyəti, onlayn rejimdə imtahanlar və ümumilikdə universitetlərin bu yeni situatsiyaya hazırlıq səviyyəsi kimi məsələləri gündəmə gətirdi.
Digər tərəfdən pandemiyanın yaratdığı maddi çətinliklər tələbələrin təhsil haqlarını ödəməsində ciddi problemlərə yol açdı. Tələbələrə güzəşt edən universitetlər də oldu, etməyənlər də…

Qısası, tam məsuliyyətlə demək olar ki, Azərbaycan təhsili, universitetlərimiz bütün dünyada olduğu kimi pandemiyanın yaratdığı problemlər qarşısında “sınaq imtahanı” verdi.

Editor.az pandemiya dönəmində universitetlərdəki vəziyyət, distant təhsilin keyfiyyəti, tələbə hüquqları ilə bağlı onlayn müzakirə-sorğuya start verir. Siz də bu xəbərin altındakı ŞƏRH BÖLÜMÜNDƏ özünüzün və ya yaxınlarınızın təhsil aldıqları universitetlərdə pandemiya dönəmindəki vəziyyətlə bağlı fikirlərinizi yaza, şərhinizi bildirə bilərsiniz.

Sizinlə birgə “Hansı universitetimiz pandemiya sınağından üzüağ çıxdı?” sualına cavab tapmağa çalışacağıq.

Onlayn müzakirə-sorğu 15-25 aprel tarixlərini əhatə edəcək və nəticələri geniş ictimaiyyətə elan olunacaq.