Hər il keçirilən Davos Dünya İqtisadi Forumunun əhəmiyyəti nədir?-ŞƏRHbackend

Hər il keçirilən Davos Dünya İqtisadi Forumunun əhəmiyyəti nədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Davos Dünya İqtisadi Forumu qlobal korporasiyaları, hökumət və qeyri-hökumət təşkilatlarını, eləcə də digər ictimai xadimləri cəlb edən önəmli bir platformadır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu dəfə Forum çərçivəsində cənab Prezident İlham Əliyevin “Yeni enerji reallığının istiqamətləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada iştirakı isə bir neçə baxımdan xüsusi əhəmiyyətə malikdir:

“Birincisi, bu cür forumlarda iştirak sabit effektli təxminlər etməklə iqtisadi şəbəkəyə daha dərindən inteqrasiya etmək və siyasi baxımdan ölçülə bilən təsirlər və dəstək almaq baxımından önəmlidir. İkincisi isə eyni sektorun inkişafını hədəf kimi müəyyənləşdirən aktorların fikir mübadilələri nəticəsində əldə etdikləri tapıntılar qabaqcıl liderlərin biznes üçün birbaşa dəyər yaratdığı anlamına gəlir. Yüksək inflasiyanın olduğu bir zamanda dünyanın bir hissəsinin aclıqdan ölməsindən daha dəhşətlisi pandemiyadan sonra qlobal sabitliyin hökm sürməsidir ki, məhz bu ətalət aradan götürülməlidir. Danılmaz faktdır ki, qlobal enerji mənzərəsi köklü surətdə dəyişir. Bu surətli dəyişim hökumətləri, biznesləri və digər təşkilatları təcili cavab tədbirləri üzərində yenidən düşünməyə vadar edir. Artıq məqsəd nəinki enerji böhranını dayandırmağa və daha çox enerji təhlükəsizliyi və davamlılığı təmin etməyə üstünlük verməkdir, indi artıq iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaratmaq barədə düşünülür. Məhz bu uzaqgörən məqsədimizi cənab Prezident İlham Əliyev hələ Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına yollanmamışdan öncə yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən bildirmişdi. Yəni, Azərbaycan yeni enerji reallıqlarının bu gün aktuallıq kəsb edəcəyini nəzərə alaraq bu sahədə də zamanında proaktiv davranıb. “Yeni enerji reallığının istiqamətləndirilməsi” bir neçə aspekti əhatə edir. Bu gün Enerji böhranı, iqlim böhranı, ərzaq çatışmazlığı, yüksək inflyasiya arasında seçim etmək mümkün deyil. Hər biri düzgün investisiya ilə birlikdə həll edilə bilər. Bu baxımdan da enerji səmərəliliyinə, təmiz enerjiyə, bərpa olunan mənbələrin artırılmasına diqqət yetirmək, bu məsələlərin kompleks həlli cənab Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin xüsusi bir komponentidir. Bu cür forumlarda iştirakımız isə dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olduğumuzdan, ölkəmizin artan imicindən, onun Liderinə verilən yüksək dəyərdən xəbər verir. Onu da nəzərə alaq ki, dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etdiyindən forumda builki iştirakımız torpaqlarımızın dirçəldilməsi üçün investisiya cəlb edilməsi baxımından önəmlidir”.

//Gülnarə Abasova, Editor.az