Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıbbackend

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Manipur əyalətində Tupul dəmir yolu tikintisi sahəsində baş verən sürüşmə zamanı ölənlərin sayı artmaqda davam edir. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, 200-dən artıq şəxs axtarış-xilasetmə işlərinə cəlb olunub. Aparılan işlər zamanı daha 5 nəfərin cəsədi aşkar edilib. Bununla da ölənlərin sayı 19-a yüksəlib, 50 nəfərin isə hələ də itkin olduğu bildirilib. İtkin düşən 10 nəfərin isə ordu mənsubu olduğu bildirilib.

Torpaq sürüşməsi Ljey çayında da suyun qarşısını kəsib. Sakinlərə mümkün təhlükələr barədə xəbərdarlıq edilib. Ağır tonnajlı texnika ilə aparılan axtarış-xilasetmə işləri çətin relyefə, sürüşmə və əlverişsiz hava şəraitinə görə vaxtaşırı dayandırılır.

Qeyd edək  ki, tikinti üsyançıların yerləşdiyi ərazidə aparıldığı üçün ordunun şəxsi heyəti layihəyə nəzarət edir və dəmiryolu işçilərinin təhlükəsizliyini qoruyurdu.

  //Nəzərbəy Hacıağayev, Editor.az