İran niyə son hücumdan istədiyi nəticəni aldığını düşünür?- Politoloq SƏBƏBLƏRİ AÇIQLADIbackend

İran niyə son hücumdan istədiyi nəticəni aldığını düşünür?- Politoloq SƏBƏBLƏRİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran çoxdan vəd etdiyi qisas əməliyyatını həyata keçirdi. Amma bu əməliyyat nə İranın vəd etdiyi, nə də dünya dövlətlərinin gözlədiyi kimi olmadı. Yəni onun haqqında əməliyyata qədər aparılan kampaniya daha çox əks-səda doğurmuşdu, nəinki əməliyyatın özü… Məhz buna görə də bu qisas əməliyyatını “danışılmış hücum” adlandırırlar”.

Bu fikirləri Editor.az-a  açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, mütəxəssislər qeyd edirlər ki, məhz bu nəticə həm İranı, həm də Yaxın Şərq regionunun baş orbiti ABŞ-ı qane edir:

“Çünki onların hər ikisi hazırki dövrdə genişmiqyaslı qarşıdurma və 3-cü Dünya Müharibəsində maraqlı deyillər. Bu əməliyyat ona görə danışılmış adlandırılır ki, İranla ABŞ arasında bu nəticə üçün separatçı danışıqların aparılması barədə şübhələr var. Baxmayaraq ki, hər iki tərəf bu iddiaya ciddi etiraz edir. Bəs nəyə görə bu əməliyyat İranın istəklərinə tam cavab vermədi? Mütəxəssislər hesab edir ki, 300-dən artıq dron, qanadlı və ballistik raketin qatıldığı hücum aprelin 1-də baş verən İsrailin hücumuna adekvat olmadı. Deməli İran konsulluğuna hücum zamanı öldürülən generallar da daxil olmaqla, hərbçilərinin qisasını almadı. İsrail bu hücum zamanı cəm 7 raket istifadə etmişdi. İranın istifadə etdiyi silahların sayı isə yüzlərlədir. Bunun müqabilində İsrailə vurulan ziyan- əlbəttə ki, sıfra bərabərdir.
[16/4 10:29] Əlimusa İbrahimov Politoloq: Amma İranda əksini düşünürlər. Orada hesab edirlər ki, qisas alındı və İsrail cavab zərbəsi endirməsə, məsələni qapadılmış hesab etmək olar. İranın əməliyyat haqqında bu qədər yüksək fikir yürütməsinin səbəbi nədir və ya onun bu cür düşünməyə haqqı varmı?”.

Politoloq vurğulayıb ki, İranın mülahizələrində müəyyən qədər həqiqət payı var:

“Çünki o, uzun müddət haqqında danışdığı, amma həyata keçirə bilmədiyi arzusunu yerinə yetirdi- birbaşa öz ərazisindən İsraili atəşə tutdu və bunun müqabilində aparıcı dövlətlərin vəd etdikləri hücuma da məruz qalmadı. İran stereotipləri sındırdı. Bu tarixdən sonra İsrail İranın Yaxın Şərqdəki istənilən mövqeyinə hava zərbəsi endirən zaman ciddi düşünməli olacaq və ya bu zərbələrdən birdəfəlik əl çəkəcək. Əks halda İranın İsrailə birbaşa hücumu yenə də təkrarlanacaq. Deməli, İran İsrailə birbaşa həyata keçirdiyi hücumla Yəhudi dövlətinin öz mövqelərinə hücumların qarşısını almış olur. Məhz buna görə də İranda son hücumdan istədikləri nəticəni aldıqları barədə düşünürlər”.

//Gülnarə Abasova, Editor.az