İran, Rusiya və Çin birgə hərbi dəniz təlimlərinə başlayıbbackend

İran, Rusiya və Çin birgə hərbi dəniz təlimlərinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müttəfiqləri Çin və İranla yanvar ayında Hind okeanında genişmiqyaslı güc nümayişi keçirdikdən sonra bu dəfə Ərəb dənizinə hərbi gəmilər göndərib.

Editor.az bildirir ki, Rusiyanın rəsmi xəbər agentliyi RİA təlim xəbərini Çin Müdafiə Nazirliyinin sosial media hesabından verdiyi açıqlama əsasında yayıb. Xəbərə görə, martın 15-i (bu gün) başlayan təlim martın 19-da başa çatacaq.

Çinin verdiyi məlumata görə, güc nümayişində digər ölkələr də iştirak edəcək, lakin açıqlamada onların hansı ölkələr olduğu qeyd edilməyib.

Onu da qeyd edək ki, Rusiya və Çin arasında keçirilən hərbi təlimlər Vladimir Putinin Ukraynaya hücum əmrindən sonra diqqətlə izlənilib. İki ölkənin uzaqmənzilli strateji döyüş təyyarələri işğaldan üç ay sonra ilk dəfə 2022-ci ilin mayında Sakit Okeanın üzərindən uçub.

//Safura Bənnayeva, Editor.az