İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında partlayış baş verib: ölənlər varbackend

İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında partlayış baş verib: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında iki işçinin ölümünə səbəb olan partlayış baş verib. Dağıntılar barədə məlumat verilməyib.

Editor.az IRNA dövlət xəbər agentliyinin verdiyi məlumata istinadən bildirir ki, partlayış dünən axşam İranın şimalındakı Semnan əyalətinin Damqan şəhərinin yaxınlığında, İnqilab Keşikçiləri Korpusunun bazasında “sursatın daşınması” zamanı baş verib.

Agentlik əlavə edib ki, hadisənin səbəbləri araşdırılır. Ölən iki şəxsin bazada işlədiyi bildirilir. “Hizbullah” və “Həmas” kimi terror qrupların müttəfiqi olan İran silahlı qüvvələri artıq belə hücumların hədəfinə çevrilib ki, bu da regionda gərginliyi artırıb.

  //Samir Qurbanov,Editor.az