İsrail üçün şok zəlzələ proqnozubackend

İsrail üçün şok zəlzələ proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Dövlət Nəzarətçisi Matanyahu Engelman ölkə binalarının mümkün güclü zəlzələyə hazırlığını qiymətləndirən hesabatla çıxış edib.

Təqdim olunan məlumata görə, ölkədəki binaların əksəriyyəti, xüsusilə də Suriya-Afrika qırılma xətti boyunca yerləşən şəhərlərdə möhkəmləndirilməyib.

Belə ki, zəlzələ zamanı ciddi ziyan dəymiş yaşayış məntəqələri olan Beyt Şean, Tiberias, Safed, Kiryat Şmona və Hazor Haqalilitdə binaların 93%-i, o cümlədən 54 məktəbdən 38-i hələ də mökəmləndirilməyib.

Engelman həmçinin körpülərin və yolların etibarsızlığından narahatlığını bildirib. Onların çoxu zədəlidir ki, bu da sakinlərin təxliyyəsini xeyli çətinləşdirəcək.

Dövlət nəzarətçisinin sözlərinə görə, Beyt Şeanın dörd girişindən üçü körpülərdən keçir. Onlardan da ikisi yeraltı təkanlar zamanı dağılmağa məhkumdur.

//Samir Qurbanov,Editor.az