İsveç baş nazirindən AÇIQLAMA: “Şərtləri yerinə yetirəcəyik”backend

İsveç baş nazirindən AÇIQLAMA: “Şərtləri yerinə yetirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə imzalanan anlaşma memorandumundan sonra NATO-ya üzvlük prosesini davam etdirən və bu kontekstdə bir ilk olaraq Türkiyənin axtardığı fırıldaqçının qırmızı bildirişlə ekstradisiyasına qərar verən İsveçdən yeni bir açıqlama var.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən İsveçin baş naziri Maqdalena Andersson imzalanmış memorandumun şərtlərini yerinə yetirəcəklərini bildirib. Ekstradisiya qərarının İsveç və beynəlxalq qanunlara uyğun olaraq verildiyini vurğulayan Andersson prosesin bu şəkildə davam edəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az