İsveçrə də antirusiya sanksiyalarına qoşuldubackend

İsveçrə də antirusiya sanksiyalarına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulub.

Editor.az bildirir ki, bu xəbəri İsveçrə hökuməti Federal Şurası açıqlayıb: “Federal Şura Avropa İttifaqının doqquzuncu sanksiyalar paketi çərçivəsində bu yaxınlarda təsdiq etdiyi tədbirlərə qəbul edərək Rusiyaya qarşı yeni snksiyaları təsdiqləyib”, – məlumatda bildirilir.

Qeyd edək ki, hələ 2022-ci il dekabrın 16-da Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi qüvvəyə minib. Budəfəki sanksiya siyahısına Rusiyanın 7 qubernatoru, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı, Rusiya baş nazirinin müavini Tatyana Qolikova, bir sıra nazirlər, Konstitusiya Məhkəməsinin hakimləri, Teleaparıcılar Boris Korçevnikov, rejissor Nikita Mixalkov və başqaları var. Məhdudiyyətlər Rusiya Federasiyasına və onun hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır və Moskvanın Ukraynada davam edən xüsusi hərbi əməliyyatına cavabdır.

//Samir Qurbanov, Editor.az