Kamal Kılıçdaroğlunun preizdentliyə namisəd irəli sürülməsi PKK və FETÖ-ni sevincə qərq edib: Kılıcdaroğlu onlara nə vəd edib?backend

Kamal Kılıçdaroğlunun preizdentliyə namisəd irəli sürülməsi PKK və FETÖ-ni sevincə qərq edib: Kılıcdaroğlu onlara nə vəd edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP lideri Kamal Kılıçdaroğlunun preizdentliyə namisəd irəli sürülməsi PKK və FETÖ-də sevinc yaradıb.

FETÖ-çülər sosial şəbəkədəki paylaşımları ilə Kılıçdaroğlunu dəstəklədiklərini açıq şəkildə bəyan edərkən, PKK-nın sözdə “liderləri” də Kılıçdaroğluna yaşıl işıq yandıran açıqlamalar veriblər. Bəs FETÖ-çülər və PKK-çılar Kılıçdaroğlunun namizədliyinə niyə bu qədər sevinirlər? Kılıçdaroğlu bundan əvvəl hansı mesajları verib? Türkiyə mətbuatının yazdığına görə, CHP sədri 2022-ci ilin avqust ayında verdiyi açıqlamada FETÖ və PKK mənsubiyyətinə görə dövlət qulluğundan uzaqlaşdırılanlara ümid verib.

O, Qanuni Fərmanla bağlı terror təşkilatlarını sevindirən bu ifadələrdən istifadə edib: KHK üzvlərinin hamısı öz vəzifələrinə qaytarılacaq. Bir dostumuz ancaq bu işlərlə məşğul olacaq. Bundan başqa, CHP daxilində Kamal Kılıçdaroğluna ən yaxın adlardan biri olan Sezgin Tanrıkulu da FETÖ və PKK ilə əlaqəli adları bu sözlərlə sevindirib.

O, bildirirb ki, “prezidentimiz” elə birinci ayda onların bütün hüquqları qaytaracaq. Onlar dövlət sektorunda öz vəzifələrinə başlayacaqlar. Bu işin bütün hazırlıqları görülüb. Mümkün hakimiyyət dəyişikliyində görəcəyimiz ilk işlərdən biri də ölüm cəzasına məhkum edilmiş mülki vətəndaşlarımızdan kollektiv şəkildə üzr istəmək, onlarla “halallaşmaq”, halal qanun qəbul etmək və onların hüquqlarını bərpa etmək olacaq. Buna səbəb olanlar da məsuliyyətə cəlb ediləcək. Bu da “halallaşmanın” bir hissəsi olacaq.

  //Samir Qurbanov,Editor,az