Ketlin Hiks: Pentaqon Ukraynadakı münaqişədən dəyərli dərslər alıbbackend

Ketlin Hiks: Pentaqon Ukraynadakı münaqişədən dəyərli dərslər alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Ukraynadakı münaqişədən Çinlə mümkün qarşıdurmada faydalı ola biləcək dəyərli dərslər alıb.

Editor.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks “Bloomberg”ə müsahibəsində deyib. Onun sözlərinə görə, “İndi biz ən azı son 60 ildə gah eniş, gah da dirçəliş dövrləri yaşayan sənaye bazamızı inkişaf etdirməyi öyrənirik.

Pentaqon silah istehsalı üçün uzunmüddətli müqavilələrin sayının artırılması barədə göstəriş verəcək”. Hiks həmçinin qeyd edib ki, hazırda ABŞ hakimiyyətinin əsas diqqəti Çinə yönəlib: “Biz iki teatr arasında balans yaratmağa çalışmırıq. Bizim açıq-aydın Çin yönümlü strategiyamız var”, – Hiks bildirib.

  //Samir Qurbanov,Editor.az