Kişi boşanmaq istəyən 20 yaşlı həyat yoldaşını “ARADAN GÖTÜRDÜ” – Tərtərdə ŞOK OLAY – FOTObackend

Kişi boşanmaq istəyən 20 yaşlı həyat yoldaşını “ARADAN GÖTÜRDÜ” – Tərtərdə ŞOK OLAY – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə 20 yaşlı qadın qətlə yetirilib.

Editor.az xəzərxəbər-ə istinadən xəbər verir ki, qohumları bildiriblər ki, cütlük boşanmaq ərəfəsində imiş.

Tərtər rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı həyat yoldaşını kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.