Kiyev əhalisinin bir hissəsi təxliyə oluna bilərbackend

Kiyev əhalisinin bir hissəsi təxliyə oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyanın genişmiqyaslı işğalı fonunda Kiyev əhalisi “ən pis ssenari”yə hazırlaşmalıdır.

Editor.az bildirir ki, bunu Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, Kiyevdə bu qış ən aşağı temperaturlarda işıqların kütləvi kəsilməsi mümkündür.

Onun sözlərinə görə, Kiyevi “İkinci Dünya Müharibəsindən bəri ən pis qış” gözləyə bilər. Kliçko Vladimir Putini mülki infrastruktura zərbələr endirməklə, Kiyev əhalisini qaçmağa məcbur etməkdə ittiham edərək, “Əgər işlər ən pis ssenari üzrə getsə, hakimiyyət istəməsə belə, şəhərin bir hissəsini boşaltmaq lazım gələcək” – deyib.

  //Samir Qurbanov,Editor.az