Koronavirus yüksəlişdə: Rusiya maska rejiminə qayıdırbackend

Koronavirus yüksəlişdə: Rusiya maska rejiminə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə maska rejiminə riayət etmək lazımdır. Editor.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko Çitaya səfəri zamanı bildirib.

O, həmçinin vətəndaşları təkrar peyvənd olunmağa çağırıb. “Ölkə COVID-19-a yoluxma hallarının getdikcə artan bir dövrünü yaşayır. Bu gün ictimai yerlərdə maska rejiminə riayət etməyimiz və vaxtında təkrar peyvənd olunmağımız çox vacibdir” Qeyd edək ki, keçən həftə Rusiyada koronavirusa qarşı kollektiv immunitet 7,4%-ə düşüb. Lakin “Rospotrebnadzor” məhdudlaşdırıcı tədbirlərin tətbiqini hələlik zəruri hesab etmir, lakin əhalinin həssas qruplarına ictimai yerlərdə tibbi maskalar taxmağı tövsiyə edir.
Samir  Editor.az