Kremldən AÇIQLAMALAR: Ukrayna qüvvələri Donbas, Xersona və Zaporojyeyə hücum etsə, bunu Rusiyaya hücum kimi qiymətləndirəcəyikbackend

Kremldən AÇIQLAMALAR: Ukrayna qüvvələri Donbas, Xersona və Zaporojyeyə hücum etsə, bunu Rusiyaya hücum kimi qiymətləndirəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna tərəfinin ona birləşdiriləcək yeni ərazilərə hücum edəcəyi təqdirdə bunu Rusiyaya qarşı hücum kimi qəbul edəcəklərini qeyd edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov  deyib.

Peskov bildirib ki, keçirilən referendumlar nəticəsində Rusiyaya birləşdiriləcək Donetsk və Luqansk xalq respublikaları və Xerson və Zaporojye vilayətləri də daxil olmaqla, 4 rayonun ilhaqı üçün bu gün Kremldə dörd ayrı saziş imzalanacaq. Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin geniş nitqlə çıxış edəcəyi mərasimdə hər dörd bölgənin administratorlarının da iştirak edəcəyini bir daha vurğulayıb. Mərasim 15.00-da Kreml Sarayında başlayacaq. Kremlin sözçüsü Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı suala belə cavab verib: “Məsuliyyətsiz hərəkət edən insanlar nüvə eskalasiyasından danışırlar. Biz bu məsələni uzatmaq istəmirik. Hər kəsi məsuliyyətli davranmağa çağırırıq”, – deyə o bildirib.

Rusiyanı nüvə silahından istifadə etməyə sövq edə biləcək qırmızı xətlər barədə suala cavab olaraq Peskov vurğulayıb ki, nüvə silahı ilə bağlı bu müzakirə məsələsində hər kəsə Rusiyanın (hərbi) doktrinası ilə tanış olmaq lazımdır:
” Rusiya hərbi doktrinasında deyilir ki, Rusiya qüvvələri ölkənin mövcudluğu təhlükəsi ilə üzləşərsə və ya ölkəyə nüvə silahı ilə hücum olarsa, buna nüvə silahından istifadə etməklə cavab verə bilər”. Bununla belə, Peskov qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Donbass, Xerson və Zaporojyedə keçirilən referendumun nəticələrini tanımadıqlarını bəyan etsə də Rusiya sözügedən referendumların qanuniliyini və legitimliyini müdafiə etməyə davam edəcək. “Rusiya tərəfi öz mövqeyini müdafiə etməyə davam edəcək və bütün prosesin beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyi barədə arqumentini irəli sürəcək”, – Peskov bildirib.

Donetsk və Luqansk respublikalarının hazırda Rusiya qüvvələrinin nəzarətində olan sərhədləri ilə Rusiyanın tərkibinə daxil edilib-edilməyəcəyi ilə bağlı suala Peskov bildirib ki, hər iki respublika 2014-cü ildə sərhədləri ilə Rusiyanın tərkibinə daxil olacaq.  Bütün Luqansk Xalq Respublikası Rusiya qüvvələrinin nəzarəti altındadır, lakin Donetsk Xalq Respublikasının bir hissəsi hazırda Ukrayna ordusunun nəzarəti altındadır. Kremlin sözçüsü, Ukrayna taxılının ölkədən çıxarılması ilə bağlı İstanbulda edilən müvəqqəti razılaşma ilə bağlı suala, razılaşma çərçivəsində Ukraynadan çıxarılan taxılın kənd təsərrüfatı məhsuluna həqiqətən ehtiyacı olan yoxsul ölkələrə “təslim edilməsi” mövzusunda mövqelərini davam edəcəklərini vurğuladı.

//Gülnarə Abasova, Editor.az