Macarıstan Qətərlə qaz alqı-satqısına dair müqavilə imzalayıbbackend

Macarıstan Qətərlə qaz alqı-satqısına dair müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşdən sonra ölkəsinin Qətərlə təbii qaz alqı-satqısına dair müqavilə imzaladığını və iki ölkənin iqtisadi əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə baş nazir sosial media hesabında paylaşım edib.

“Qətərin Avropa üçün mühüm əhəmiyyət kəsb edən bir ölkə olduğunu öyrəndik. Avropa iqtisadiyyatı əskik olan Rusiya təbii qazının əhəmiyyətli bir hissəsini buradan LNG ilə kompensasiya etdi. Hər zaman bir ayaq üstündə durmaqdansa, bir neçə ayaq üstündə durmaq daha yaxşıdır”,- deyə baş nazir bildirib.

Bundan əlavə, Orban qeyd edib ki, danışıqlardan sonra Macarıstan və Qətər liderləri infrastruktur və hava nəqliyyatının inkişaf etdirilməsi, rabitə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq barədə razılığa gəliblər və bununla da Qətər-Macarıstan iqtisadi əməkdaşlığı üçün yaxşı perspektiv açılıb. O son olaraq vurğulayıb ki, Qətər də Macarıstan kimi Ukraynanın sülh yolu ilə həlli üçün vasitəçilik etməyə hazırdır.

//Gülnarə Abasova, Editor.az