MEDİA-nın növbəti könüllülük proqramı uğurla yekunlaşıbbackend

MEDİA-nın növbəti könüllülük proqramı uğurla yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

2024-cü ilin mart-iyun aylarını əhatə edən proqram çərçivəsində MEDİA könüllüləri Agentliyin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar. Proqram çərçivəsində könüllülər bir sıra fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə təmsil olunub, eyni zamanda Agentliyin tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Könüllülük proqramının nəticələri ilə bağlı MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov sözügedən layihənin gənclər üçün əhəmiyyətli bir mərhələ olduğunu, onların liderlik və problemləri həll etmə qabiliyyətlərini inkişaf etdirdiyini, bu müddət ərzində qazandıqları təcrübənin könüllülərin şəxsi inkişaflarına müsbət təsir göstərdiyini və sosial məsuliyyət hissi formalaşdırdığını vurğulayıb.

Proqramı uğurla tamamlayan könüllülər sertifikatlarla təltif edilib.

1 / 6