Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİbackend

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılıb.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat iyunun 24-də ictimaiyyətə açıqlanacaq.