Miqrantları daşıyan gəmi batıb: 17 ölübackend

Miqrantları daşıyan gəmi batıb: 17 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitili miqrantları daşıyan gəmi Baham adaları yaxınlığında qəzaya uğrayıb. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, gəmi batarkən gəmidə 60 miqrant olub. Hadisə zamanı onlardan 17-si vəfat edib. Ölənlərdən biri körpə uşaqdır. 25 nəfər isə xilas olaraq qurtulub. Qalan şəxslərin xilas edilməsi üçün axtarış tədbirlərinə başlanılıb. Qəzaya uğrayan miqrantların əsas məqsədi ABŞ-a getmək olub.

Qeyd edək ki, hər il çoxlu sayda insan Haitidəki aclıq və səfalətə görə ABŞ-a köçür. Onlar bu qanunsuz miqrasiya üçün 3000-8000 dollar arası pul ödəyir. Qəzanın baş verdiyi ərazi miqrantların ən çox istifadə etdiyi yol olub.

//Nəzərbəy Hacıağayev, Editor.az