Mixail Podolyak: Rusiyanın Ukrayna üzrində qələbəsi, həm də NATO üzərində qələbəsi olacaqbackend

Mixail Podolyak: Rusiyanın Ukrayna üzrində qələbəsi, həm də NATO üzərində qələbəsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb dövlətləri nəzərə almalıdırlar ki, Rusiyanın Ukraynada qələbəsi, həm də NATO üzərində qələbəsi demək olacaq. Ukraynanı lazımi silahlarla təmin etmək sülhü uzaqlaşdırmır, daha da yaxınlaşdırır.

Editor.az xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Soyqırıma, həbslərə, filtrasiya düşərgələrinə, qırğınlara və dağıntılara silahdan başqa cavab yoxdur. Əraziləri azad etmək üçün silah lazımdır. Dünya müharibədən yorulub, amma Avropa və Qərb yaşamaq üçün mübarizə aparan ukraynalıların taleyininin necə olacığına baxmayaraq, nəzərə almalıdırlar ki, Moskvanın Ukraynada qələbəsi onun NATO üzərində qələbə demək olacaq. Və biz təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, bütün Avropa ölkələri vəd edilən yardımı vermir”, – Podolyak bildirib.

O qeyd edib ki, Moskva Ukraynaya dəstəyi azaltmaq, o cümlədən qaz şantajına əl atmaq üçün Avropaya müxtəlif təsir rıçaqlarından istifadə edir. “Biz bilirik ki, qış çox sərt keçəcək, avropalılar üçün də çox çətin olacaq, ərzaq və istilik qiymətləri yüksələcək. Amma bu qış həm də Rusiyanın qaz monopoliyasının sonu olacaq. Və əgər azadlığın qiyməti evdəki temperaturu iki-üç dərəcə aşağı düşməsinə bərabərdisə, hə olar, on da biz ödəyəcəyik. Avropa da bunu etməyə hazır olmalıdır”, – deyə o vurğulayıb. Podolyak bildirib ki, prezidentin komandası, xüsusilə baş nazir Mario Draqinin hökuməti ilə səmərəli işləyir. İtaliya rəsmiləri nə baş verdiyini dərhal anlayır və dərhal yardım göstərirlər. “Ancaq biz yaxşı bilirik ki, İtaliyada uzun müddətdir Moskvanı dəstəkləyən və indi hakimiyyətə qayıtmağa çalışan siyasi qüvvələr var. Bununla belə, biz əminik ki, İtaliya öz azadlıq dəyərlərini müdafiə etməyə davam edəcək və biz – ukraynalılar da onları bölüşürük”,-deyə Podolyak yekunlaşdırıb.

  //Samir,Editor.az