NATO toplantısında İsveçdən Türkiyə və Macarıstana ÇAĞIRIŞbackend

NATO toplantısında İsveçdən Türkiyə və Macarıstana ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Billstrom Türkiyə və Macarıstanı ölkələrinin NATO-ya üzvlük ərizəsini təsdiqləməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Tobias Billstrom Osloda keçirilən NATO xarici işlər nazirlərinin toplantısında açıqlama verib. Ölkəsinin ‘bütün öhdəlikləri yerinə yetirdiyini’ bildirən Billstrom, Türkiyə və Macarıstanın İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləməsinin vaxtının çatdığını söyləyib: “Bu, heç vaxt sprint yox, marafon olub və indi biz finiş xəttini görürük”.

//Gülnarə Abasova, Editor.az