Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclar hesabına 32 dövlət əmlakı özəlləşdirilib.
“Report”un yerli bürosunun məlumatına görə, özəlləşdirmədən daxil olan 105,2 min manat yerli büdcəyə ödənilib.
5 ayda Naxçıvanda 25 hərrac keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 % çoxdur. Hərraclardan 33,8 min manat xidmət haqqı daxil olub.
Bundan başqa, hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-may aylarında qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 357 min manata yaxın vəsait ödənilib. Son 1 ildə dövlət büdcəsinə daxilolmalar 26,2 % artıb.

