“OBA” çörəyin qiymətini ÖZBAŞINA QALDIRIB? – FOTOFAKTbackend

“OBA” çörəyin qiymətini ÖZBAŞINA QALDIRIB? – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA” marketlər şəbəkəsində 65 qəpiklik çörək 1 manata satılır.

“OBA” marketlər şəbəkəsinin Bibiheybət qəsəbəsindəki “Jurnalistlərin binası”nın həyətində yerləşən satış mərkəzində çörək yeni qiymətlərlə satılmağa başlayıb. Axşam saat 20:30 radələrində bu mağazadan alış-veriş edən saytımızın əməkdaşına 65 qəpiklik “Alman çörəyi”nin təxminən iki saat əvvəl bahalaşdığı və artıq 1 manata satıldığı bildirilib. Kassadakı satıcı xanım qiymət artımı barədə göstərişin yuxarıdan gəldiyini söyləyib.

Satıcı həmin “Alman çörəyi”nin qiymətinin artıq kompüterdə əvvəlcə 1 manat, az sonra isə 95 qəpik göstərildiyini bildirib. Yəni, nə az, nə çox, 50 faiz bahalaşma!

İş vaxtının bitdiyini nəzərə alaraq, sabah “OBA”nın bu şübhəli və müəmmalı “qiymət siyasətini” müvafiq qurumların köməyi ilə tam araşdırıb, oxucularımıza əlavə məlumat verəcəyik.

 

  • Publika.az