Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülübbackend

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir pulemyot, iki tapança, bir qumbara, altı tüfəng, iki patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.