Pakistan XİN: Sudandan ən azı 700 vətəndaşımız təxliyə edilibbackend

Pakistan XİN: Sudandan ən azı 700 vətəndaşımız təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın xarici işlər naziri Bilavala Bhutto-Zardari ölkəsinin 700 vətəndaşının Sudandan təxliyə edildiyi bildirib.

Editor.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb. Diplomatın sözlərinə görə, Xartumdan göndərilən 211 pakistanlıdan ibarət daha bir karvan bu gün Port Sudana gəlib.
Bununla da təhlükəsiz yerə təxliyə edilən pakistanlıların ümumi sayı 700-ə çatıb.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Sudanı tərk edən vətəndaşların sayının 100 min nəfər olacağını açıqlamışdı. Bildirilib ki, beynəlxalq təşkilat ölkədə su və ərzaq qıtlığına səbəb olan münaqişənin nəticələrindən narahatdır.

//Gülnarə Abasova, Editor.az