Paşinyan hərbi əməliyyatlara hazırlaşır… – Ermənilər ayağa qalxırbackend

Paşinyan hərbi əməliyyatlara hazırlaşır… – Ermənilər ayağa qalxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan bildirib ki, Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır.

“Məncə, Paşinyan artıq müharibənin nəticəsini də müəyyən edib, bu dəfə Zəngəzur (Sünik), Vedi (Ararat) və Dərələyəzin (Vayots Dzor) bir hissəsini təslim edəcəklər”, – Vardanyan əlavə edib.

Onun iddiası nə dərəcədə realdır?

zaur.jpg (49 KB)

“Bakı Politoloqlar Klubu”nun sədri, politoloq Zaur Məmmədov Musavat.com-a bildirib ki, “Hayastan” Nikol Paşinyana qarşı, müəyyən xarici mərkəzlər tərəfindən idarə edilən fonddur. Bu baxımdan Ara Vardanyanın dediklərinə etibar etmək olmaz:

“Amma bu dəfə Vardanyan ona verilən vərəqi düzgün şəkildə oxuyaraq, Paşinyana qarşı təbliğat apararaq erməni vətəndaşlarını ayağa qaldırmaq istəyir. Onun dediklərinin nə dərəcədə düz olub-olmamasından asılı olmayaraq, hər bir erməni vətəndaşı başa düşməlidir ki, Cənubi Qafqazda baş verən proseslərdə Ermənistanın nə dünənki, nə bugünkü, nə də sabahkı rəhbərliyi hər hansı bir rol oynaya biləcək. Tarixi Azərbaycan torpaqları Azərbaycana qayıdacaq, bu, birmənalı şəkildə belədir. Bu gün Qarabağa iddia irəli sürən, sözdə Qarabağ uğrunda müharibəyə və mübarizəyə hazır olduqlarını bildirən ermənilər başa düşürlər ki, sabah gözlərini açanda özlərini Üçkilsə ətrafında kiçik bir daxmada görəcəklər”.

Politoloq vurğulayıb ki, söhbət təkcə SSRİ dövründə otlaq və əkin adı ilə Ermənistana verilən ərazilərimiz, o cümlədən, Qazaxın 7 və Naxçıvanın Kərki kəndindən getmir:

“Söhbət Şərqi Zəngəzur bölgəsinin işğaldan azad edilməsindən sonra Qərbi Zəngəzur və Göyçə məsələsinin müqəddəratından və etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmalarından gedir. Onlar beynəlxalq hüquqa uyğun olaraq didərgin düşüblər. Əgər xalqların deportasiya tarixinə baxsaq, biz Ermənistan SSR dövründə də azərbaycanlıların bir neçə dəfə deportasiya ilə üzləşdiyini görürük. Bu, Nikol Paşinyanla müzakirə edilmir və Paşinyanın, yaxud Ermənistan rəhbərliyinin bütün bunlarla bağlı rəyi məlum məsələdir. Onların Azərbaycan qarşısında çox böyük məsuliyyəti var.

Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə gəlincə, 1970-80-ci illərdə Azərbaycan SSR-dən alınıb Ermənistana verilən torpaqlar da var. Nikol Paşinyan Alma-Ata bəyanatı və delimitasiya, demarkasiya dedikdə bir qədər 90-cı illəri nəzərdə tutur. Çünki 1980-ci illərdə də onlar tərəfindən oğurlanmış torpaqlar var idi. Bölgədə köhnə xəritələrin yenidən bərpa olunması istiqamətində addımlar atılmalıdır. Tarix də sübut edir ki, bu istiqamətdə ədalət mütləq şəkildə bərpa edilməlidir. Mən əminəm ki, ədalət bərpa ediləcək”.

Yenisabah