Praqa Moskva ilə diplomatik əlaqələrin tamamilə kəsilməsini mənasız hesab edirbackend

Praqa Moskva ilə diplomatik əlaqələrin tamamilə kəsilməsini mənasız hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqa Moskva ilə minimal diplomatik əlaqələr saxlayır, lakin onların tamamilə dayandırılmasını da mənasız hesab edir.

Editor.az bildirir ki, bunu Çexiyanın baş naziri Pyotr Fiala fevralın 13-də Ostravadakı Mədən Universitetinin tələbələri qarşısında çıxış edərkən deyib: “Çexiyanın Rusiya Federasiyası ilə minimal diplomatik əlaqələri var. Məncə, biz onları tamamilə dayandırmamalıyıq. Biz bu haqda düşünə bilərik, amma əhəmiyyətini görmürəm. Bəzi əlaqələr həmişə işləməlidir. Rusiyada çoxlu çex vətəndaşları var”, – o, vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl, fevralın 12-də Çexiya xarici işlər nazirinin müavini Martin Dvorak Baltikyanı ölkələrdən nümunə götürərək Rusiya səfirinin respublikadan qovulmasının vaxtının “hələ gəlmədiyini” bildirmişdi. Xarici İşlər Nazirliyinin nümayəndəsi rusiyalı diplomatın ölkədən çıxarılması məsələsini son dərəcə “həssas” adlandırıb.

  //Samir Qurbanov, Editor.az