Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib – FOTObackend

Prezident Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.

Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.