Putin Japarovun ardınca Berdiməhəmmədovu da Moskvaya dəvət etdibackend

Putin Japarovun ardınca Berdiməhəmmədovu da Moskvaya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Serdar Berdiməhəmmədov arasında telefon danışığı olub.

Berdıməhəmmədovun Moskvada faşizm üzərində qələbənin 78-ci ildönümü şərəfinə keçirilən bayram tədbirlərinə dəvət aldığı iddia edilir. Lakin onun Rusiya paytaxtına gəlmək niyyətində olub-olmadığı dəqiqləşdirilməyib.

Editor.az bitərəf türkmən mediasının məlumatına istinadən xəbər verir ki, telefon danışığı mayın 7-də baş tutub. Kreml danışıqlar barədə məlumat verməyib. “Rusiya Federasiyasının rəhbəri fürsətdən istifadə edərək türkmən həmkarını Qələbənin 78-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etməyə dəvət edib. Türkmənistan Prezidenti dəvətə görə Rusiya rəhbərinə təşəkkür edib”, – məlumatda deyilir.

  //Samir Qurbanov,Editor.az