Putindən Şoyquya qarşı ŞOK – Kadırov müdafiə naziri olacaq?backend

Putindən Şoyquya qarşı ŞOK – Kadırov müdafiə naziri olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətə görə müdafiə naziri Sergey Şoyqunu “günah keçisi” göstərmək istəyir.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyada Putinə qarşı narazılıqlar artıb və dövlət başçısı hədəfdən yayınmaq üçün bütün məsuliyyəti Şoyqunun üzərinə atmaq niyyətindədir. Bildirilir ki, Rusiyanın Luqansk və Xersonu ilhaq etməsinə baxmayaraq, Ukrayna ordusu bu ərazilərə hücumlarını davam etdirir.

Ukrayna ordusu bu istiqamətlər bir neçə kəndi azad edib. Müəllifin sözlərinə görə, Putinin Çeçenistan rəhbəri Ramzan Kadırova general- polkovnik rütbəsi verməsi təsadüfi deyil. Putin çeçen qüvvələri Rusiya ordusuna dəstəyinə görə mükafatlandırıb. Kadırovun Rusiyada daha yüksək postlara gətirilməsi gözlənilməz olmaz.

kanal.az