Qazaxıstanda şok gəlişmə – Paytaxtın adı dəyişdirilir, prezident isə…backend

Qazaxıstanda şok gəlişmə – Paytaxtın adı dəyişdirilir, prezident isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan parlamentinin hər iki palatası iki oxunuşda konstitusiyaya prezidentin səlahiyyət müddətinin yeddi ilə qaldırılması və ölkənin paytaxtının keçmiş adına (Astana) qaytarılmasını nəzərdə tutan düzəlişlər haqqında qanunu qəbul ediblər.

Bu barədə parlamentin rəsmi saytında məlumat verilib.

Milli Məclisin (aşağı palata) sədri Yerlan Koşanovun sözlərinə görə, deputatlar qanunun qəbuluna yekdilliklə səs veriblər.

Ədliyyə naziri Kanat Musi bundan əvvəl bildirib ki, prezidentin səlahiyyət müddətinin yeddi ilə qaldırılması təklif olunur. Həmin təklifə əsasən, bir şəxs bu posta yalnız bir dəfə seçilə bilər.

Bundan başqa, qanun layihəsində ölkənin paytaxtının əvvəlki Astana adına qaytarılması təklifi də var.

Teleqraf